MKT İstehsalat Kommersiya (MKT Cotton)

Gözətçi (Lənbəran)

Bərdə, Azərbaycan

26.12.22


Qeyd

  • Təsvir
  • Filialın daxilində bütün neqativ halların qarşısını almaq ( münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s );
  • Nəzarət buraxılış məntəqəsindən keçən şəxslərin yoxlanması;
  • Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatının həyata keçirilməsi;
  • Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişinin məhdudlaşdırılması;
  • Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətinin yoxlanması;
  • Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarının yoxlanması;
  • Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində gözətlənməsi;
  • Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatının aparılması;
  • Hadisələrə qarşı diqqətli davranmaq;
  • Geyim qaydasına riayət etmək;
  • Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.


Tələblər

  • 1 il iş təcrübəsi;
  • Mühafizə barədə ilkin biliklərə malik olmalı;
  • Hərbi xidməti başa vurmuş, fiziki cəhətdən sağlam olmalı.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Gözətçi (Lənbəran)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz.

  • Son müraciət tarixi: 31/01/2023

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.



Oxşar Elanlar